“Yer bizə təhlükəsizlik siqnalı göndərir, son səkkiz il meteoroloji müşahidələr tarixində ən isti il oldu”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.
Ümumdünya Meteorologiya Təşkilatının iqlimin vəziyyəti ilə bağlı hesabatı barədə danışan Baş katib bildirib ki, dəyişiklik hər qitədə insan həyatını məhv edən fəlakətli sürətlə baş verir.
“Son səkkiz il tarixdə ən isti il olub. Hər bir istilik dalğası xüsusilə həssas əhali arasında daha intensiv və həyat üçün təhlükəli şərtlərlə nəticələnib”.