Tanzaniyada sərnişin təyyarəsi ölkənin şimalındakı Bukoba şəhər aeroportunun yaxınlığında Viktoriya gölünə qəza enişi edib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, hadisə zamanı təyyarənin göyərtəsində 43 nəfər olub və onlardan 19-u ölüb.
Qeyd edək ki, “Precision Air” aviaşirkətinə məxsus təyyarə Dar-es-Salamdan Bukobaya uçurmuş.