İraqın şimalında separatçı terror təşkilatının üzvlərinin açdığı atəş nəticəsində Türkiyə ordusunun əsgəri Mustafa Öztürk şəhid olub, üç əsgər isə yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yaralılar dərhal xəstəxanaya çatdırılıb və müalicələrinə başlanılıb.
Xatırladaq ki, ötən gün İraqın şimalında həyata keçirilən “Pence Kilit” əməliyyat zonasında Türkiyə ordusunun iki hərbçisi minanın partlaması nəticəsində şəhid olub.