Səudiyyə Ərəbistanının qırıcı təyyarəsi qəzaya uğrayıb

A- A A+

Səudiyyə Ərəbistanının Kral Hava Qüvvələrinə məxsus olan F-16S qırıcı təyyarəsi təlim uçuşları zamanı Kral Əbdüləziz Hərbi Bazası yaxınlığında qəzaya uğrayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyinin sözçüsü general Turli Al Malki Saud Press agentliyinə məlumat verib. O diqqətə çatdırıb ki, təyyarənin iki zabitdən ibarət olan ekipajı tullayıcı oturacaqların işə düşməsi nəticəsində sağ qalıb.

Nazirliyin sözçüsü bildirib ki, qəzanın səbəblərini müəyyən etmək məqsədilə təhqiqat aparılır. Qırıcı təyyarənin düşdüyü ərazidə xəsarət alan olmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: