"Türk dünyasını gələcəyə hazırlayırıq".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qazaxıstanda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, türk dünyası hazırda beynəlxalq aləmdə baş verən proseslərə etinasız yanaşmamalıdır: "Dünyanın hər yerində problem var. Həmrəy olandan sonra bütün problemlərin öhdəsindən gələrik. Necə deyərlər, güc birlikdədir".
M.Çavuşoğlunun sözlərinə görə, Qazaxıstanla Türkiyə arasında əlaqələr inkişaf edir.
Nazir eyni zamanda vurğulayıb ki, Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli platforması yaradılıb.