Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də İrəvanda keçiriləcək sammitinə hazırlıq müzakirə edilib.
Rusiya Prezidentinin noyabrın 22-də Ermənistana səfər edəcəyi ilə bağlı məlumatlar da yayılıb.