NUHÇIXAN İnformasiya Agentliyi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) yaydığı hesabata istinadən xəbər verir ki, Rusiya hərbi əməliyyat başlayandan 2022-ci il fevralın 24-dən noyabrın 8-dək Ukraynadan Avropaya ümumilikdə 7 822 309 qaçqın gedib.
Qeyd olunub ki, son iki həftə ərzində ukraynalı qaçqınların sayı 91 638 nəfər artıb.
Bildirilib ki, Rusiya ən çox qaçqını qəbul edib - 2 852 395. Ondan sonra Polşa (1 489 155), Almaniya (1 019 789), Çexiya (458 679), İtaliya (171 546), İspaniya (151 786), Türkiyə (145), Bolqarıstan (144 018), Böyük Britaniya (141 500), Fransa (118 994) və Slovakiya (100 041) gəlir.
Ali Komissarlığın məlumatına görə, fevralın 24-dən indiyədək Ukraynadan qonşu ölkələrə 14 853 082 nəfər gəlib. Eyni zamanda 7 milyon 359 min 216 nəfər sərhədi əks istiqamətdə keçib.