Rusiya “Böyük iyirmilik” (G20) ölkələrinin İndoneziyada keçiriləcək sammitində Türkiyə ilə qaz ixracı sahəsində əməldaşlıq məsələsini də qaldıracaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova İndoneziyada keçiriləcək sammitdə ölkəni nazir Sergey Lavrovun təmsil edəcəyini təsdiqləyib. O bildirib ki, Rusiya ərzaq məhsullarının və enerji ehtiyatlarının humanitar və kommersiya əsaslarında ixracını davam etdirməkdə maraqlı olduğunu bildirəcək. Eyni zamanda Rusiya Türkiyə ilə qaz ixracı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair təşəbbüslər irəli sürəcək.
Qeyd edək ki, G20 ölkələrinin 17-ci sammiti noyabrın 15-16-da Balidə keçiriləcək.