ABŞ-ın 1986-cı ildə qəzaya uğrayan “Cellencer” kosmik gəmisinin qalıqları Florida sahillərində Atlantik okeanının dibində tapılıb.
NUHÇIXAN İnformasiya Agentliyi Reuters agentliyinə istinadla xəbər verir ki, kosmik gəminin qalıqlarını Bermud üçbucağı haqqında sənədli film üzərində işləyən dalğıclar təsadüfən tapıblar. Onlar okeanın dibində qumla örtülmüş altı metrlik xarakterik plitələri olan fraqment görüb və NASA-ya müraciət ediblər. Beləliklə, “Challenger”in fraqmenti 25 ildən sonra aşkarlanıb.
Hazırda NASA fraqmentin okean səthinə qaldırılmasının mənası olub-olmadığı və həlak olan astronavtların xatirəsini yad etmək üçün ondan necə istifadə edəcəyi barədə düşünür.
Agentlik xatırladır ki, “Cellencer” 1986-cı il yanvarın 28-də Florida ştatındakı kosmodromdan havaya qalxdıqdan 73 saniyə sonra səmada partlayaraq alovlanıb. Müəllimə Krista Makolife də daxil olmaqla, kosmik gəminin yeddi ekipaj üzvünün hamısı ölüb. Bu qəza ABŞ-ın kosmik proqramı tarixində ən böyük faciələrdən biri olaraq qalır.