Noyabrın 11-də yerli vaxtla saat 18:44 radələrində İranın cənubunda yerləşən Hörmüzgan vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri vilayətin Bəndər-Abbas rayonundan 26 km məsafədə yerləşib. Zəlzələnin ocağı 18 kilometr dərinlikdə olub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.