Ukraynanın Nikolayevsk vilayəti Rusiya hərbçilərindən azad edilib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi UNİAN-a istinadən xəbər verir.
Bununla belə, Nikolayevsk vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim bildirib ki, Kinburn qəsəbəsi hələ də işğal altındadır.
“İndi bu rəsmidir: bütün Nikolayevsk vilayəti (Kinburn istisna olmaqla) azad edilib”, - o deyib.
Kimin sözlərinə görə, Dneprdən Nikolayevski içməli su ilə təmin edən boru kəməri Ukraynanın nəzarəti altındadır, lakin hələ minalardan təmizlənməyib.
"Mən Nikoda içməli suyun potensial bərpasının vaxtını tezliklə biləcəm", - vilayət hərbi administrasiyanın rəhbəri əlavə edib.