Ərdoğan: "Türk dövlətləri arasında əməkdaşlıq öz gücünü qardaşlıq, ortaq mədəniyyət, həmrəylik, dil və adət-ənənə bağlarından alır"
“Türk dövlətləri arasında əməkdaşlıq öz gücünü tarixi qardaşlıq, ortaq mədəniyyət, həmrəylik, dil və adət-ənənə bağlarından alır”.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı türk dünyasının, təəssüf ki, indiyə qədər çoxlu zərbələr aldığını və bu zərbələrə görə istədiyi hədəflərə çata bilmədiyini ifadə edib.
“Əvvəlki dönəmdə sədrlik etdiyimiz İstanbul Zirvəsi əslində türk dövlətləri üçün dönüş nöqtəsi oldu. Bu sammitlə biz Türk Şurasını, Türk Dövlətləri Təşkilatı adlı beynəlxalq təşkilata çevirdik”, - R.T.Ərdoğan söyləyib.