BMT-nin Baş katibi Antonio Quterreş Ukraynada sülhün bərqərar olması üçün şərait yaradılmasının vacibliyinə işarə edib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə o, şənbə günü Kambocada ASEAN sammiti çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
“Dialoqun bərpası və sülhün gələcəyi naminə yolların tapılması üçün şərait yaratmaq vacibdir”, - A.Quterreş deyib.
Baş katib əlavə edib ki, sülh sazişinin şərtləri BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanmalıdır.