Fransanın dənizaşırı ərazisi olan Martinikada konsert zamanı baş vermiş atışma nəticəsindən yaralananlar var.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hadisə zamanı 3-ü ağır olmaqla, 8 nəfər yaralanıb.
Antil adasının cənubunda yerləşən Rivier-Salee şəhərində 20-dək silahlı maskalı şəxs zala daxil olaraq atəş açıblar.
Qeyd edək ki, son vaxtlar Martinikada silahlı zorakılıqlar nəzərəçarpan dərəcədə artıb. Bu ilin əvvəlindən 25 nəfər öldürülüb ki, onlardan 20-si qətlə yetirilib.