Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölən və yaralananlar var.
NUHÇIXAN İnformasiya Agentliyi "Haber Global"a istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya bildirib.
Vali qeyd edib ki, yaralı sayı 11 nəfərdir. Ölənlərin sayı açıqlanmır.
Hadisə yerinə polis, səhiyyə, xilasetmə qrupları cəlb edilib.