İstanbulun İstiqlal prospektində insan tələfatı ilə nəticələnən partlayışı törədən, bomba atan şəxs ələ keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Nazir bildirib ki, ilkin məlumata görə PKK/PYD terror təşkilatına bağlı olduğu aşkarlanan şəxs İstanbul polis əməkdaşları tərəfindən tutulub. Bununla da terror aktını təşkil edən və törədənlərin üzə çıxarılması mümkün olacaq.
Xatırladaq ki, noyabrın 13-ü yerli vaxtla saat 16:13 radələrində İstanbulun İstiqlal prospektində şiddətli partlayış baş verib. Terror aktı olduğu ehtimal edilən hadisə nəticəsində altı nəfər ölüb. Yaralanan 81 nəfərdən 39-u evə buraxılıb. Reanimasiyada müalicəsi davam etdirilən 7 yaralıdan ikisinin vəziyyəti kritik ağırdır.