İstanbulda partlayışı törədən şəxsin saxlanılması görüntüləri yayımlanıb - VİDEO

A- A A+

İstanbulun İstiqlal prospektində baş verən partlayışı törədən şəxsin ələ keçirilməsi istiqamətində aparılan əməliyyatın ilkin görüntüləri yayımlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, saxlanılan və ilkin məlumata görə PKK/PYD terror təşkilatına bağlı olduğu aşkarlanan bu şəxs qadındır.

Onun İstiqlal prospektində yerləşən oturacaqlardan birində təxminən 40 dəqiqə oturduqdan sonra əlindəki paketi hadisə yerində qoyaraq oradan qaçdığı müəyyən edilib. Qadın hadisə yerindən ayrıldıqdan iki-üç dəqiqə sonra partlayış baş verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: