Rusiya Prezidenti Vladimir Putin türk həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində törədilmiş terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.
Məktubda Rusiya dövlətinin başçısı İstanbulda törədilmiş terror aktı zamanı həlak olanların ailələrinə səmimi təəssüfünü və dəstəyini çatdırmağı xahiş edib, yaralılara şəfa diləyib.
“Türk həmkarlarımızla terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə ən sıx əməkdaşlığa hazır olduğumuzu təsdiq edirik”, - deyə məktubda bildirilir.