Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstiqlal prospektində baş verən partlayışla bağlı açıqlama verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, nazir sadəcə bu il 200 terror aktının qarşısının alındığını qeyd edib.
Bildirilib ki, əgər terrorçu ələ keçirilməsəydi, bu gün Yunanıstana qaçacaqdı.
Bu istiqamətdə əməliyyatların davam etdiyini deyən Süleyman Soylu İstanbulda altı ildir, belə bir terror aktının olmadığını vurğulayıb.
Qeyd edək ki, Türkiyənin Təhlükəsizlik Baş İdarəsi Kriminal Şöbəsinin İstanbul Regional Laboratoriyasında aparılan araşdırmada Bəyoğludakı terror aktında istifadə edilən partlayıcının TNT olduğu müəyyən edilib.