Ukrayna Prezidenti Volodimir Zelenski Xersonda səfərdədir.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı döyüşçülər qarşısında çıxış edəcək.
Xatırladaq ki, Ukrayna ordusu noyabrın 11-də Xersonu işğaldan azad edib. Bu, Zelenskinin işğaldan sonra həmin əraziyə ilk səfəridir.