Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyada səfərdədir.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İndoneziya Prezidenti Coko Vidodo bir araya gəliblər.
Sonra liderlər birgə qısa mətbuat konfransı keçiriblər.
Prezident Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, birlikdə qurduğumuz Ali Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mexanizmi ikitərəfli əməkdaşlıq baxımından tarixi addım təşkil edir.
Xatırladaq ki, G20 (Böyük İyirmilik) ölkələrinin liderlərinin sammiti İndoneziyanın Bali adasında noyabrın 15-16-da keçiriləcək.