İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi noyabrın 13-də İstanbulda törədilən terror aktını qətiyyətlə pisləyən bəyanat yayıb.
Baş katiblikdən NUHÇIXAN İnformasiya Agentliyinə daxil olmuş bəyanatın mətnində bildirilir: “İƏT İstanbulda törədilən və çoxlu sayda insan tələfatına səbəb olan terror aktını qətiyyətlə pisləyir və lənətləyir. Təşkilatın Baş katibi Hissein Brahim Taha həlak olanların ailələrinə və Türkiyə hökumətinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmalarını arzulayır.
İƏT Türkiyə Respublikası ilə həmrəyliyini bir daha ifadə edir, eyni zamanda terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə barışmaz mövqeyini vurğulayır”.