Balidə ÇXR-in sədri Si Cinpin və ABŞ Prezidenti Co Bayden arasında görüş başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, üç saat yarımdan çox davam edən görüş Pekin vaxtı ilə saat 20:48-də (Bakı vaxtı ilə 16:48) yekunlaşıb.
Ağ Evin yaydığı məlumata görə, liderlər ABŞ və Çinin münaqişəyə sürüklənməsinin qarşısını almaq üçün prinsiplərin hazırlanmasının vacibliyini müzakirə ediblər. Co Bayden ABŞ-ın Çinlə fəal rəqabət aparmağa davam edəcəyini bildirib.
Danışıqlarda Ukraynadakı vəziyyətə də toxunulub. Liderlər Ukraynada nüvə silahından istifadə təhdidlərinə qarşı çıxıb, nüvə müharibəsinin yolverilməz olduğunu vurğulayıblar.
Eyni zamanda ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri ilə bağlı razılıq əldə olunub.