Kanada Ukraynaya 375 milyon dollar əlavə yardım edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo "Böyük İyirmiliy"in (G20) sammitində deyib.
Baş nazir bildirib ki, Ukraynaya hərbi, kəşfiyyat və rabitə vasitələri, həmçinin yanacaq və dərmanlar veriləcək.