ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Bill Burns və Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Ankara şəhərində bir araya gəliblər. Görüş Türkiyə Milli Təhlükəsizlik Təşkilatının (MİT) ev sahibliyi ilə həyata keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Anadolu Agentliyi yayıb.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi ölkəsinin Rusiya ilə nüvə riski və strateji təhlükəsizlik məsələlərində müzakirələrə açıq olduğunu bildirib. ABŞ təmsilçisi görüşdə Ukraynaya aid məsələlərin müzakirəsinin bu ölkənin iştirakı olmadan aparmağın mümkün olmadığını da qeyd edib.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun görüş barədə fikrini bildirərək qeyd edib ki, bu, Türkiyənin, Prezident Rəcəb Tayyib Ərdoğanın qlobal sülhə verdikləri töhfələrdən biridir. Dövlət rəsmisi diqqətə çatdırıb ki, bütün bu səylər Türkiyənin sülh naminə vasitəçilik missiyasının tərkib hissəsidir.