Rəsmi Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verməyə hazırdır.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken noyabrın 15-də Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı bildirib.
Qeyd olunub ki, tərəflər telefon danışığı zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, xüsusilə xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirdikləri görüşü müzakirə ediblər.
E.Blinken və N.Paşinyan humanitar məsələlərin həlli də daxil olmaqla, regionda təhlükəsizlik və sabitlik səviyyəsinin artırılmasına yönəlmiş addımların müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.