Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin birində sıravi əsgərlər arasında atışma olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Açılan atəş nəticəsində 2002-ci il təvəllüdlü Vaqe Ovsepyan öz əsgər yoldaşı tərəfindən qətlə yetirilib.
Hadisənin baş vermə səbəblərini müəyyən etmək üçün istintaq araşdırması başlanıb.