Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Polşa ərazisinə raket zərbəsi endirilməsi xəbərinə münasibət bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şarl Mişel bu barədə “Twitter”də məlumat verib.
“Polşa ərazisində insanların ölümünə səbəb olan raket atılması xəbərindən şoka düşdük. Həlak olanların ailələrinə başsağlığı verirəm.
Biz Polşanın yanındayıq.
Mən Polşanın hakimiyyət orqanları, Avropa Şurasının üzvləri və digər müttəfiqlərlə əlaqə saxlayıram”, - deyə Ş.Mişel vurğulayıb.
Qeyd edək ki, Polşanın Pşevoduv kəndində partlayış olub. Nəticədə 2 nəfər ölüb, yaralananlar var.
NATO üzvü olan Polşanın ərazisindəki partlayışın Rusiyanın Ukraynaya genişmiqyaslı raket hücumu ilə əlaqədar olduğu ehtimal edilir.