“Polşaya atılan raketlər texniki səhv ola bilər və ya başqa səbəblər ola bilər”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistlərə açıqlamasında deyib.
O, ABŞ Prezidenti Cozef Baydenin hadisə ilə bağlı açıqlamasını xatırladıb.
“Bayden də deyib ki, raketlər Rusiya istehsalı deyil. Almaniya kansleri Olaf Şoltsla da bu barədə danışdım. Hələ konkret bir şey yoxdur. Amma məsələ araşdırılmalıdır”, - Türkiyə lideri vurğulayıb.