NATO-nun baş katibi Yens Stoltenberq Polşadakı partlayışlarla əlaqədar bu gün Şimali Atlantika Şurasının iclasını keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat NATO-nun saytında açıqlanıb. Polşanın şərqində, Ukrayna ilə sərhədin yaxınlığında dünən baş verən partlayışları nəzərdən keçirmək üçün toplanacaq Şuranın iclasına Yens Stoltenberq sədrlik edəcək. Görüşdən sonra onun mətbuat konfransı keçirəcəyi gözlənilir.
“Ukrinform” agentliyinin yaydığı xəbərlərə görə, dünən Rusiya Ukraynanın şəhər və kəndlərinə kütləvi raket hücumu həyata keçirib. Polşanın Lüblin voyevodalığının ərazisində baş verən partlayışlar nəticəsində iki nəfər həlak olub.
Hazırda insidentlə bağlı araşdırmalar davam edir. Raketlərin mənşəyi və haradan atıldığı barədə hələlik konkret nəticə əldə olunmayıb.