ABŞ Prezidenti Co Bayden G7 və NATO-dan olan tərəfdaşları ilə görüşdə Polşadakı partlayışların Ukrayna hava hücumundan müdafiə raketi ilə əlaqəli olduğunu bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Reuters agentliyi NATO-dakı mənbəyə istinadla məlumat yayıb.
Çərşənbə günü səhər saatlarında G7 ölkələrinin və bir sıra NATO dövlətlərinin liderləri Polşaya raket düşməsi ilə bağlı G20 sammiti çərçivəsində təcili toplantı keçiriblər. ABŞ Prezidenti deyib ki, ilkin informasiyalar Polşaya düşən raketin Rusiyadan atıldığı iddialarını mübahisələndirir. Trayektoriya nöqteyi-nəzərindən onun Rusiyadan buraxılması ehtimalının az olduğunu söyləyən Co Bayden qeyd edib ki, bu, ilkin məlumatlardır.
RF Müdafiə Nazirliyi öz növbəsində Ukrayna-Polşa sərhədi yaxınlığındakı hədəflərə Rusiya silahlarından heç bir zərbə endirilmədiyini bildirib.
Xatırladaq ki, dünən Polşanın Ukrayna ilə sərhədi yaxınlığındakı ərazidə baş verən partlayışlar nəticəsində iki nəfər həlak olub.