Andjey Duda: Polşaya düşən raketin Rusiyanın NATO üzv ölkəsinə qəsdən hücumu olduğuna dair heç bir əlamət yoxdur
Çərşənbə axşamı Polşaya düşən raketin Rusiyanın NATO üzv ölkəsinə qəsdən hücumu olduğuna dair heç bir əlamət yoxdur.
NUHÇIXAN İnformasiya Agentliyi yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda Varşavada jurnalistlərə bildirib.
“Çox güman ki, bu, bədbəxt hadisə olub”, - deyən Duda bunun Ukraynanın hava hücumundan müdafiə raketi olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, çərşənbə axşamı Polşanın Ukrayna sərhədindən bir qədər aralıda, Prjevodov kəndində partlayış nəticəsində iki nəfər ölüb. Hadisə yerli vaxtla saat 15:40 radələrində taxılqurutma maşınının yaxınlığında baş verib.