Avstraliyalı milyarder Endryu Forrest hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın iqtisadi inkişafına yardım məqsədilə irimiqyaslı sərmayələr yatıracağını elan edib.
NUHÇIXAN İnformasiya Agentliyi “The Sydney Morning Herald” qəzetinə istinadla xəbər verir ki, Endryu Forrestin 740 milyon Avstraliya dolları (497 milyon ABŞ dolları) həcmində investisiya yatıracağı fond bu gün Kanberra şəhərində açılıb. Ukrayna hakimiyyəti fondun vəsaitindən istifadə etməklə ən müasir texnologiyalara əsaslanan müasir infrastruktur qura biləcək.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri buna cavab olaraq Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib, Ukraynaya isə böyük həcmdə hərbi və humanitar yardımlar göstərib.