Türkiyənin İstanbul şəhərindəki Taksim meydanında terror aktı törədən Ahlam Albashır əmri kod adı “Hacı” olan terroçudan alıb.
NUHÇIXAN İnformasiya Agentliyi “CNN Türk”ə istinadən xəbər verir ki, o, bu barədə ilkin istintaq ifadəsində deyib.
Terrorçu hadisə zamanı tək olmadığını söyləyib: “Başqa bir terrorçu fotolar çəkirdi”.
A.Albashır bildirib ki, YPG terror təşkilatına 2017-ci ildə qoşulub.