Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin Likud Partiyasının lideri, Baş nazir vəzifəsinə potensial namizəd Benyamin Netanyahu arasında noyabrın 17-də telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi İsrail KİV-ə istinadən xəbər verir ki, danışığın detalları barədə məlumat yayılmayıb.
Qeyd edək ki, noyabrın 1-də İsraildə Knessetə (parlament) növbədənkənar seçkilər keçirilib. Bu siyasi kampaniyada Netanyahunun partiyası qalib gəlib. İsrail Prezidenti İshaq Hersoq hökuməti formalaşdırmaq üçün ona mandat verib. Koalisiya hökumətinin qurulması istiqamətində danışıqlar davam edir.