Rusiyadan Türkiyəyə ixrac edilməsi nəzərdə tutulan kənd təsərrüfatı məhsullarının Afrikanın yoxsul ölkələrinə çatdırılması planlaşdırılır.
NUHÇIXAN İnformasiya Agentliyi TRT telekanalına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balidə keçirilən G20 sammitindən qayıdarkən jurnalistlərə deyib.
"Bizim razılaşmamız var. Rusiyadan tədarük olunacaq taxıl emal edilərək una çevriləcək və daha sonra Afrikanın yoxsul ölkələrinə çatdırılacaq. ABŞ Prezidenti Co Bayden buna görə bizə təşəkkür etdi", - deyə Türkiyə Prezidenti bildirib.