Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) PKK terror qruplaşmasına qarşı yeni əməliyyat keçirib və nəticədə daha bir terrorçu məhv edilib.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə MİT-dən bildirilib.
Əməliyyat İraqın şimalındakı Gara bölgəsində aparılıb.
Nəticədə PKK-nın “qadın təşkilatının rəhbəri” Norşin Afrin və daha 4 terrorçu zərərsizləşdirilib.