Koronavirus pandemiyası almanların Milad bayramını qeyd etmək ənənəsinə güclü zərbə vurub. Son iki qışda Almaniyada Milad yarmarkaları keçirilməyib. Gələn həftə məşhur alman yarmarkaları yenidən öz qapılarını müştərilərin üzünə açacaqlar. Son illərdə bəzi Milad yarmarkaları, məsələn, Berlinin Potsdam meydanındakı yarmarka daha çox kommersiya xarakteri alıb. Lakin yarmarkaların çoxu hələ də ənənəvi xarakter daşıyır, müştərilərə yerli delikateslər təklif edir.
NUHÇIXAN İnformasiya Agentliyi Almaniyanın yeddi ən məşhur Milad yarmarkası barədə məlumatı təqdim edir.
Nürnberq Kristkindlesmarkt dünyada ən məşhur və ən qədim Milad bazarlarından biridir. Burada ağacdan hazırlanmış yerli məmulatlar, həmçinin bu şəhəri məşhurlaşdıran iki şirniyyat – zəncəfilli “Lebkuxen” pryaniki və badamlı “Spekulatius” peçenyesi satılır.
Florensiyadakı Strayselmarkt - Almaniyada ən qədim Milad yarmarkası Drezdenin mərkəzində yerləşir və ilk dəfə 1434-cü ildə açılıb.
Maynstdakı Milad yarmarkasına gələnlər burada 11 metrlik Milad piramidası görə bilərlər.
Esslinqendəki orta əsr bazarının və Milad yarmarkasının qonaqlarını keçmişə səyahət təklifi gözləyir. Buradakı alverçilər və sənətkarlar keçmiş dövrə aid mallar nümayiş etdirirlər.
Hauqsburqdakı Kristkindlesmarkt Almaniyada ən qədim yarmarkalardan biridir. XV əsrdə açılmış bu yarmarkaya gələnlərə əl işi olan məmulatlar və dadlı yeməklər təklif edilir.
Koberqdəki dəniz Milad yarmarkasında müştərilərə şirin və duzlu yeməklər, habelə yasəməndən çəkilmiş qaynar punş, qlintveyn və rom təklif olunur.
Erfurter Vayxnaxtsmarkt yarmarkasındakı 200-dən çox piştaxtada yerli kulinar delikateslər, məsələn Türinq kolbasları satılır.
Bu şəhərlərə gələn turistlər darıxmayacaqlar. Almanlar özləri də bu yarmarkaların yenidən açılmasını çoxdan gözləyirdi. Ümidvarıq ki, pandemiya bəşəriyyəti həmişəlik tərk edib.