Türk Dövlətləri Təşkilatının (TDT) sabiq Baş katibi Bağdad Amreyev Türkiyə Xarici İşlər Nazirliyinin “Xidmətdə fərqlənmə” yüksək mükafatı (Üstün Hizmet Ödülü) ilə təltif olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mükafat laureata Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən təqdim olunub.
Təqdimetmədə çıxış edən nazir Mövlud Çavuşoğlu Bağdad Amreyevin türk dünyası qarşısındakı xidmətlərini yüksək dəyərləndirib.
Türkiyə XİN-in yüksək mükafatına layiq görüldüyünə görə, səmimi minnətdarlığını ifadə edən sabiq Baş katib TDT-nin missiyasının tarixi əhəmiyyətindən bəhs edib.