Son iki gün ərzində 162 min ton kənd təsərrüfatı məhsulu daşıyan 9 yük gəmisi Odessa limanlarını tərk edərək “taxıl dəhlizi” vasitəsilə Afrika, Asiya və Avropa ölkələrinə yola düşüb.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrinform agentliyinə istinadla xəbər verir ki, Ukrayna İnfrastruktur Nazirliyinin məlumatına görə, hazırda Odessa limanlarında 26 gəmiyə bir milyon tona yaxın kənd təsərrüfatı məhsulu yüklənir.
Avqustun 1-dən fəaliyyət göstərən “taxıl dəhlizi” ilə indiyədək Ukraynadan Asiya, Avropa və Afrika ölkələrinə 11,2 milyon ton ərzaq daşınıb.
Xatırladaq ki, iyulun 22-də İstanbulda kənd təsərrüfatı məhsullarının Qara dəniz vasitəsilə daşınması üçün sənədlər paketi imzalanıb. Noyabrın 17-də Türkiyə, Ukrayna və BMT təşəbbüsü daha 120 gün uzatmaq barədə razılığa gəlib.