Almaniya Ukraynaya 30 ədəd Gepard zenit qurğusu verib

A- A A+

Berlin vəd etdiyi 30 ədəd Gepard özüyeriyən zenit qurğusunun hamısını Kiyevə çatdırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə şənbə günü Almaniyanın Ukraynadakı səfirliyi məlumat yayıb.

“Müharibə başlayandan bəri Almaniya Ukraynaya 30 ədəd Gepard tədarük edib. Gepard Ukraynanın mühüm infrastrukturunu qorumaq üçün istifadə olunur”, - diplomatik missiyanın tviterdə dərc olunmuş məlumatında belə deyilir.

Almaniya Ukraynaya ilk üç ədəd Gepards qurğusunu avqustun əvvəlində göndərmişdi. Daha sonra Ukraynanın “Cənub” operativ komandanlığı bildirmişdi ki, ümumilikdə Kiyev 30 ədəd belə texnikanın təhvil verilməsini gözləyir.

Gepard 100 metrdən 4 kilometrə qədər məsafədə 3 kilometrədək hündürlükdəki hədəfləri vura bilən zenit qurğusudur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: