Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi halları artıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin Narkomaniyadan Müalicə Milli Mərkəzinin direktoru Suren Nazinyan bildirib.
O, qeyd edib ki, 2022-ci il yanvarın 1-nə Narkomaniyadan Müalicə Milli Mərkəzi və narkoloji xidmətlərdə qeydiyyatda olan 7 570 narkotik istifadəçisi var. Onlardan 149-u qadındır. İrəvanda 4 007 nəfər narkoman qeydiyyatdadır, narkotik istifadəçilərindən 114-ü qadındır: “2021-ci ilin əvvəlində bu rəqəmlər bir qədər az idi – 7 100 nəfər, 2020-ci ilin analoji dövründə isə 7 209 olub. Ümumiyyətlə, Ermənistanda narkomaniyadan əziyyət çəkən azyaşlılar da qeydiyyatdadır – onların sayı 6 nəfərdir, biri 14 yaşlı qızdır”.
Qeyd edilir ki, narkotik vasitələrdən istifadə edənlərin 70 %-i 30-50 yaş arasındadır. Narkomanların sayında artım əsasən 18-25 yaş arasında olan gənclər arasında da müşahidə olunur.