Qazaxıstanda prezident seçkiləri başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkədəki bütün seçki məntəqələri bağlanıb.
Qeyd edək ki, ölkə qanunvericiliyinə əsasən, seçkilərin nəticələrinin elan edilməsi, seçilmiş prezidentin qeydə alınması seçkilərdən sonra 10 gündən çox olmayan müddətdə həyata keçirilir. Bu dəfə isə seçkilərə yekun vurulması və seçilmiş prezidentin qeydə alınması üçün 7 gün vaxt ayrılıb. Seçkilərin ilkin nəticələri noyabrın 21-22-də açıqlanmalıdır.
Qazaxıstan Mərkəzi Seçki Komissiyası seçicilər siyahısına səsvermə hüququna malik 11 milyon 827 mindən çox vətəndaşı daxil edib. Eyni zamanda 53 xarici ölkədə 12 min 527 Qazaxıstan vətəndaşının səs verəcəyi gözlənilir.