İsveç və Finlandiya terrorla mübarizə qanunlarını sərtləşdirməli və terrorizm və PKK kimi terror təşkilatları ilə mübarizə sahəsində Türkiyə də daxil olmaqla NATO ilə əməkdaşlığı genişləndirməlidir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu bazar günü "SVT" telekanalına müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.
"Antiterror qanunvericiliyinin sərtləşdirilməsi, terrorizmlə mübarizədə əməkdaşlığın gücləndirilməsi və silah ixracına (məhdudiyyətlərin aradan qaldırılması - red.) vacibdir. Türkiyə üçün bu, vacibdir, çünki Türkiyə ən çox terror hücumlarına məruz qalan NATO ölkəsidir və buna görə də bundan narahatdır. Bu, mütənasib olmalıdır, amma Türkiyənin terror hücumlarından müdafiə olunmaq hüququ var", - deyə Y.Stoltenberq bildirib.
NATO-nun baş katibi İsveç və Finlandiyanın üzvlük ərizələrinin ratifikasiyasının uzun müddət tələb etməsini "normal" adlandırıb. O vurğulayıb ki, 30 üzv dövlətdən 28-i artıq bunu edib. "Bu dəfə hər şeyin belə sürətlə getməsi normal deyil", - deyə Y.Stoltenberq əlavə edib.