Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, bazar ertəsi Krit sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeraltı təkanların episentri 137 minə yaxın əhalinin yaşadığı Heraklion şəhərindən 129 kilometr şimal-şərqdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.