“Terrorçuların Qaziantepə hücumu nəticəsində 1 uşaq və 1 müəllim hadisə yerində həlak olub”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaralılardan biri xəstəxanada dünyasını dəyişib: “Yaralılarımızın müalicəsi isə davam edir".
Nazir söyləyib ki, raket mərmiləri məktəb ərazisinə də düşüb.
S.Soylu qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri xain hücuma sərt cavab verəcək.