Misir Prezidentinin rəsmi saytında bu ölkənin Türkiyə ilə münasibətlərinə dair bəyanat yerləşdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bəyanatda Misir Prezidenti Əbdülfəttah əs-Sisinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Qətərdə keçirilən futbol üzrə dünya çempionatının açılış mərasimində görüşünə qiymət verilib. Dövlət başçısının ofisi bununla bağlı vurğulayıb: “Görüş zamanı tərəflər iki ölkə və onların xalqlarının dərin tarixi bağları olduğunu qeyd ediblər. Razılaşdırıldığı kimi, bu görüş ikitərəfli münasibətlərin inkişafında başlanğıc olacaq”.