Ukrayna ilə Rusiya arasında cəsədlərin növbəti dəyişdirilməsi baş tutub. Ukrayna həlak olan 33 döyüşçüsünün cəsədini geri alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyi məlumat yayıb.
"Həlak olan hərbçilərin meyitlərinin təhvil verilməsi üçün növbəti əməliyyat keçirilib. Ukrayna daha 33 müdafiəçisinin cəsədini qaytarıb. Cəsədlərin qaytarılması prosesi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq həyata keçirilib”, - deyə məlumatda qeyd edilib.