Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar İstanbul və Ankara başda olmaqla, bir çox vilayətdə şiddətli şəkildə hiss olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, zəlzələnin episentri Düzcenin Gölyaka rayonudur.
Yerli vaxtla 04:08-də baş verən təbiət hadisəsinin ocağı yerin 6,81 kilometr dərinliyindədir.
Baş verən güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 35 nəfərə çatıb.
Bubarədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.
Nazir bildirib ki, xəsarət alan şəxslərin müalicəsi davam edir.