Türkiyə hər hansı təhlükə yarandıqda “S-400” hava hücumundan müdafiə sistemlərindən istifadə edə bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“S-400 raketdən müdafiə sistemi yerindədir və istifadəyə hazırdır. Əgər təhlükə varsa, ondan istifadə edərik. Terrorla mübarizəmiz son terrorçu bitənə qədər davam edəcək”, - deyə H.Akar bildirib.